AZ

"Barselona" "Real Madrid"i darmadağın etdi - VİDEO

İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, "Real Madrid" öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edib.

"Santyaqo Bernabeu”da oynanılan mövsümün ilk "El-Klasiko"su qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona"nın heyətində qolları Robert Levandovski (2 qol), Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

 

 


Bizim.Media
 

Seçilən
8
11
bizim.media

10Mənbələr