AZ

"El-Klasiko": "Barselona" "Real Madrid"i darmadağın edib

İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid" öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edib. "Santyaqo Bernabeu”da oynanılan mövsümün ilk "El-Klasiko"su qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona"nın heyətində qolları Robert Levandovski (2 qol), Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
5
11
yeniazerbaycan.com

10Mənbələr