İsrailin Ramat-a Şaron şəhərinin Glilot rayonunda yük maşını avtobus dayanacağına çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sürücü idarə etdiyi maşını dayanacaqda olan insanların üzərinə sürüb.
Nəticədə 6 nəfərin öldüyü, 50-yə yaxın insanın yaralandığı bildirilir. Yaralılardan 15-nin vəziyyəti ağırdır.
İsrail polisi hadisənin terror olıduğunu bildirib.
Rami Natur adlı sürücü ərəb əsilli İsrail vətəndaşıdır. Hadisə yerində olan mülki vətəndaşlar atəş açaraq onu öldürüblər.
Araşdırma aparılır.