İsrailin Təl-Əviv şəhəri yaxınlığındakı Qlilot qovşağında yük maşını avtobus dayanacağına çırpılıb, 16 nəfər xəsarət alıb.
Day.Az-ın məlumatına görə, bu barədə "Times of Israel" nəşfi xəbər verib.
Məlumata əsasən, polis hadisənin terror aktı olduğunu istisna etmir.
Bildirilib ki, bu ərazidə "Mossad"ın qərargahı və İsrail ordusunun bir neçə digər kəşfiyyat bölmələri bu ərazidə yerləşir.
İsrailin "Magen David Adom" təcili yardım xidməti 16 nəfər xəsarət aldığını, o cümlədən dörd nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. "Haaretz" təcili yardım xidmətinə istinadən bildirib ki, 40-a yaxın yaralı var, onlardan on nəfəri ağır yaralanıb.