AZ

Serbiyalı nazir əmin edib ki, Belqrad heç vaxt NATO üzvü olmayacaq

“Serbiya 1999-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bombalanmasının nəticələrini xatırlayır, heç vaxt təşkilata qoşulmayacaq”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O xatırladıb ki, 25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı olub və Belqrad tamamilə dağıdılıb.

“Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük”.

Popoviç qeyd edib ki, Avrointeqrasiyaya baxmayaraq, Serbiya BRİKS ölkələri: Çin, Rusiya, Cənubi Afrika Respublikası, BƏƏ, Səudiyyə Ərəbistanı və başqaları ilə ikitərəfli əlaqələrin inkişafını dayandırmaq istəmir.

Nazir əlavə edib ki, Belqrad, Qərbin təhdidlərinə baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Seçilən
19
7
nocomment.az

10Mənbələr