Aİ və NATO xüsusilə “avtoritar dövlətlərdən” gələn təhdidlərə qarşı çalışacaq yeni yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Ruttenin Brüsseldə keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
Belə “avtoritar dövlətlərin” “ümumi maraqlara, dəyərlərə və demokratik prinsiplərə” meydan oxuduğu deyilir.
“Bu dəyişən təhdid və çağırışları həll etmək üçün prezident fon der Leyen və baş katib Rutte bu gün mövcud Aİ-NATO əməkdaşlığını gücləndirmək üçün yeni yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər”, - bəyanatda deyilir.
“İşçi qrupun ilk iclasının planlaşdırılmasının yaxın həftələrdə baş tutacağı gözlənilir”, - sənəddə deyilir.
Avropa Komissiyasının rəhbəri oktyabrın 1-dən vəzifəsinin icrasına başlayab NATO-nun yeni baş katibi ilə ilk dəfə ikitərəfli görüş keçirib.
Zaur, BakuPost