AZ

Gəncə Dövlət Universitetində yeni layihə  - FOTO

GDU-nun beşinci tədris korpusunun “Yunis Əmrə” adına mühazirə otağında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat
mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, təqdimatda GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  qonaqları salamlayaraq,  tədbirə uğurlar arzu edib.  Ardından Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunub və qalib də Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin
formalaşdırılması” layihәsi olub.  Varis Yolçiyev onu da  diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan
“Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mәrhәlәdә isə məqsəd Respublikamızın  şәhәrlәrindә auditoriyalarda görüşlәr keçirməkdir. Burada mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 100 nüsxə olmaqla iştirakçılara  hәdiyyә edilir.

Daha sonra çıxış edən  Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri  Xəzangül Hüseyinova, Gəncə Dövlət Universtetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova  bu kitabların faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıblar.  Daha sonra  Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, şairə Zülfiyyə Yaqubova öz şerlərini səsləndirib. Həmçinin  universtetin filalogiyya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov da  öz şerləri ilə çıxış edib. Sonda universtetin 100 tələbəsinə “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” vә “Sizin  üçün seçdik” adlı nəşrlər təqdim edilib.

 

Seçilən
0
50
modern.az

10Mənbələr