1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) silahlıları raket və dronlardan istifadə edərək Ərəbistan dənizi və Qırmızı dənizdə ticarət gəmilərinə hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, husi üsyançılar Ərəbistan dənizinin cənubunda "SC Montreal" və "Maersk Kowloon" gəmilərinə, həmçinin Qırmızı dənizdə "Motaro" gəmisinə ballistik raketlərlə hücum edib.