Bakı,TurkicWorld
Yəməndəki Ənsar Allah hərəkatının husiləri "Fələstin və Livan xalqlarının zülm üzərində qələbəsi simvolu" olaraq Qırmızı və Ərəb dənizlərində üç mülki gəmiyə hücum həyata keçirib.
TurkicWorld-in "Al Masirah" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Səriyanın sözlərinə görə, hücumlar zamanı husilər cənubda yerləşən Ərəbistan dənizində SC Montreal və Maersk Kowloon gəmilərini hədəf almaq üçün pilotsuz uçuş aparatlarından istifadə edib. Həmçinin Qırmızı dənizdə yerləşən Motaro gəmisinə və Bab əl-Məndəb boğazına ballistik raketlər atılıb.