AZ

Lənkəranda kütləvi davanın TƏFƏRRÜATLARI

Lənkəranda kütləvi dava olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə ağır xəsarət alıb.

Digər şəxslər, Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

APA-nın xəbərinə görə,  gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb.O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Seçilən
21
13
heftelik.az

10Mənbələr