AZ

Lənkəranda kütləvi davada5 nəfər yaralandı

Lənkəranda baş verən kütləvi davada 5 nəfər gənc xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən axşam rayonun Ürgə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin kənd ərazisində yüksək sürətlə idarə olunmasına qarşı tərəf iradını bildirib. Bu zaman yaranan mübahisə davaya səbəb olub. 

Zərbənin təsirindən rayonun Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə yıxılaraq dəmir məhəccərin üstünə düşüb. Nəticədə o, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Gənclər arasında yaranan kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-cü il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Seçilən
22
4
qafqazinfo.az

10Mənbələr