AZ

Ödənişsiz“Wi-Fi” ilə bağlı AÇIQLAMA

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlayıb.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.

Mərhələli şəkildə "Wi-Fi" bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.

Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - ƏTRAFLI BURADA

"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan "Wi-Fi" zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.

Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə məlumatda qeyd olunub.

Seçilən
121
42
day.az

10Mənbələr