Bu gündən "Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz "Wi-Fi” xidmətinin tətbiqinə başlayır. Bu barədə səhmdar cəmiyyətinin məlumatında bildirilir.
Məlumata görə, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə "Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
www.anews.az