AZ

Avropada "qaz sobası" qətliamı: Görün hər il nə qədər insanı öldürür

Yeni elmi araşdırma hər il 40 min avropalının ölümünə qaz sobalarının səbəb olduğunu ortaya çıxarıb. Bu rəqəm avtomobil qəzaları nəticəsində ölənlərin sayından iki dəfə çoxdur.

Publika.az xəbər verir ki, sobalar buraxdıqları zəhərli qazlarla ürək və ağciyər xəstəliklərinə səbəb olsa da, mütəxəssislər bu problemin ciddiliyinin yetərincə başa düşülmədiyini bildirirlər.

İspaniyanın “Jaume I” universitetindən professor Xuana Maria Delqado-Saboritin rəhbərlik etdiyi araşdırma qaz sobalarının zərərli təsirlərinin düşünüldüyündən qat-qat ciddi olduğunu ortaya qoyur.

Böyük Britaniya və Avropa Birliyində aparılan araşdırmalara görə, qaz sobalarından atılan azot dioksid kimi zəhərli qazlar insan ömrünün iki ilini oğurlayır.

Elm adamları Avropa İttifaqında 36 min 31, İngiltərədə isə 3 min 928 vaxtından əvvəl ölümün birbaşa qaz sobalarından istifadə ilə bağlı olduğunu bildirirlər.

Seçilən
89
18
publika.az

10Mənbələr