AZ

Radio işçilərini çıxartdı, süni zəka ilə davam etdi, ancaq...

Polşanın Krakov şəhərində bir neçə həftə jurnalistləri işdən çıxararaq süni zəka layihəsi ilə yayıma çıxan “OFF Radio Krakow” radio kanalı geri addım atıb.

Axar.az xəbər verir ki, radio kanalın geri addım atmasına sərt reaksiyalar səbəb olub.

Radio kanalının sahibi Marcin Pulit isə açıqlamasında süni zəka ilə bağlı müzakirə başlatmaq istədiyini və bunu bacardığını söyləyib.

“Süni zəka ilə yaradılmış aparıcıyla 3 aylıq yayım etməyi planlaşdırırdıq. Ancaq hazırda davam etmək üçün heç bir səbəb görmürəm”, - o əlavə edib.

Xatırladaq ki, “OFF Radio Krakow” adlı radio kanalı oktyabrın 23-də nəzdində fəaliyyət göstərən jurnalistləri işdən çıxarıb, süni zəka ilə yaradılan aparıcı vasitəsiylə yayıma davam etmək qərarı qəbul etmişdi. Radio kanalında əvvəllər aparıcılıq edən Mateusz Demski bu qərar əleyhinə kampaniya başlatmış və qısa müddətdə 23 mindən çox insanın dəstəyini almağa nail olmuşdu.

Seçilən
72
18
axar.az

10Mənbələr