AZ

İranda Almaniya vətəndaşı edam edildi

İran Almaniya əsilli iranlı dissident Cəmşid Şarmehdin "terror əməliyyatlarına rəhbərlik etdiyi" səbəbilə edam edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İkili İran-Almaniya vətəndaşı olan Cəmşid Şarmehdin İranda terror aktlarında iştirakına görə edam edildiyi açıqlanıb.

Şarmehd üçün edam hökmü 2023-cü ilin aprelində Ali Məhkəmə tərəfindən təsdiqlənib. 69 yaşlı Şarmehd ötən ilin fevralında 2008-ci ildə Şiraz şəhərində 14 nəfərin ölümü ilə nəticələnən bombalı hücumda iştirak etdiyinə görə mühakimə edilib və edam cəzasına məhkum edilib.

Almaniya kansleri Olaf Şolz edamla bağlı açıqlamasında "Cəmşid Şarmehdin İran rejimi tərəfindən edam edilməsini ən şiddətli şəkildə qınadığım bir qalmaqaldır. Cəmşid Şarmehdə irəli sürülən ittihamlara qarşı özünü müdafiə etmək imkanı belə verilməyib" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

phrase_var_article.chosen
121
34
turkustan.az

10phrase_var_article.sources