AZ

Almaniya vətəndaşı edam edildi - Berlin İranın bütün konsulluqlarını bağlayır

Hurriyyet.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi İranın ölkə ərazisindəki bütün baş konsulluqlarının bağlanmasını qərara alıb.

Nazirliyin açıqlamasında söhbətin Frankfurt-na-Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən getdiyi bildirilir.

İranın Berlindəki səfirliyi fəaliyyətinə davam edəcək.

DPA agentliyinin məlumatına görə, Almaniya hakimiyyətinin belə bir qərar verməsinin səbəbi İranda Cəmşid Şarmahdın edam edilməsidir - o, həm İran, həm də Almaniya vətəndaşı olub.

Hürr Tərcüman

Seçilən
132
34
hurriyyet.az

10Mənbələr