AZ

Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Səud əl-Səti ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
 
"Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini səfir Səud əl-Səti Səudiyyə Ərəbistanındakı Azərbaycan səfiri cənab Şahin Abdullayevi qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün qəbul edib", – nazirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
 
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Seçilən
82
3
moderator.az

5Mənbələr