AZ

Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Səud əl-Səti ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

"Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini səfir Səud əl-Səti Səudiyyə Ərəbistanındakı Azərbaycan səfiri cənab Şahin Abdullayevi qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün qəbul edib", – nazirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Seçilən
25
3
far.az

5Mənbələr