Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Səud əl-Səti ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin
"Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini səfir Səud əl-Səti Səudiyyə Ərəbistanındakı Azərbaycan səfiri cənab Şahin Abdullayevi qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün qəbul edib", – nazirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.