1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniya və Vyetnamdan olan beynəlxalq alimlər qrupu Vyetnamın Cat Ba adasındakı lanqur meymunlarının sağlamlığa zərər vermədən dəniz suyunu içmək qabiliyyətini aşkar ediblər.
Oxu.Az-ın məlumatına görə, tədqiqat "Nature Communications" elmi jurnalında dərc edilib.
Cat Ba lanqurları dünyanın ən nadir primatlarından biridir. Son hesablamalara görə, növün sayı 85 fərddən çox deyil. Populyasiyanın azalması genetik kasıblaşmaya gətirib çıxarıb.
Tədqiqatçıların sözlərinə görə, son dərəcə həssas vəziyyətdə olmalarına baxmayaraq, Cat Ba lanqurları yaşayış yerlərinə uyğunlaşa və şirin su çatışmazlığı şəraitində sağ qalmaq üçün qabiliyyətlərini inkişaf etdirə biliblər.
Mütəxəssislər meymunların genlərində dəyişikliklər aşkar ediblər ki, bu da görünür onları duzlu suya qarşı daha az həssas edib. Genetik adaptasiyalar heyvanlara yüksək natrium tərkibi ilə başa çıxmağa imkan verib.
Alimlər qeyd ediblər ki, Cat Ba lanqurlarının öyrənilməsi növün sayının kəskin azalmasının onun genetik müxtəlifliyinə təsirinin təhlili üçün dəyərli model rolunu oynayır.