Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri üçün milyonlarla amerikalı seçici poçt vasitəsilə səs vermək hüququndan istifadə edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, indiyədək 51 milyonu keçən erkən səsvermə ümumi seçki nəticələrinin güclü göstəricisi kimi qəbul edilmir.
Miçiqan, Pensilvaniya və Şimali Karolina kimi kritik mübahisəli ştatların hər birində 1.44 milyondan çox insan erkən səs vermədən istifadə edib.
Harris və Tramp üçün ən kritik bölgələr olaraq görülən bu ştatlar Konqresə nəzarətin müəyyən edilməsində də təsirli rol oynayır.
244 milyon seçicinin olduğu ABŞ-də erkən səs verənlərin nəticələri noyabrın seçki günü verilən səslərlə birlikdə sandıqlar bağlandıqdan sonra hesablanacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də doğma şəhəri Delaverdə noyabrın 5-i keçiriləcək prezident seçkiləri üçün erkən səs verib.
Cəmalə