AZ

ABŞ-də erkən səvermədə iştirak edən vətəndaşların sayı açıqlanıb

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı 65 milyondan çox seçici vaxtından əvvəl səs verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, seçicilərin 34 milyondan çoxu şəxsən məntəqələrə gələrək, təxminən 31 milyonu isə poçt vasitəsilə erkən səsvermədə iştirak edib.

Bir çox ştatlarda erkən səsvermə seçki gününə qədər davam etsə də, poçtla və ya seçki məntəqəsinə gedərək verilən erkən səslər noyabrın 5-də verilən səslərlə birlikdə həmin gün sandıqlar bağlandıqdan sonra hesablanacaq.

Xatırladaq ki, 244 milyon seçicinin olduğu ABŞ-də 2020-ci il prezident seçkilərində 66,6 faizlik rekord fəallıq qeydə alınıb və 159 milyona yaxın insan səs verib.

“AzPolitika.info”

Seçilən
7
1
azpolitika.info

8Mənbələr