AZ

Zurabişvili Baş Prokurorluqda dindirilməkdən imtina ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkə başçısı keçirdiyi brifinqdə deyib.

O, seçkilərin saxtalaşdırılması ilə bağlı görüntülərin olduğunu, bütün tərəflərin bu görüntüləri paylaşdığını və əlavə izaha ehtiyac olmadığını qeyd edib.

“Görünür Baş Prokurorluq dəlilləri məndən gözləyir. Təhqiqat orqanının öz vəzifəsidir ki, dəlilləri özü tapsın. İstənilən normal ölkədə bu belə baş verir və mən təhqiqat orqanının seçkilərlə bağlı prezidentdən dəlil istəməsinə dair başqa nümunə bilmirəm”, - Zurabişvili deyib.

Seçilən
137
11
unikal.az

6Mənbələr