AZ

"Bu görüş nə ilk, nə də son olacaq" - DİM Sədri

“Şəhid övladlarının təhsil sahəsində olan bütün ehtiyaclarını qarşılamağa hazırıq”. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladları ilə görüşü zamanı deyib.

Məleykə Abbaszadə sözlərinə belə davam edib: “Bu görüş nə ilk, nə də son olacaq. Belə tədbir və görüşləri təşkil etməyə davam edəcəyik. Şəhid övladlarının təhsil sahəsində ehtiyacı olan hər cür yardımı göstərməyə hazırıq. Amma burada sizlərin də üzərinizə məsuliyyət düşür. Sınaq imtahanları təşkil ediləcək, amma iştirak edib-etməmək sizin qərarınızdır. Çalışın daim öyrənin, inkişaf edin".

Ayşən Vəli

Seçilən
6
6
sia.az

9Mənbələr