2025-2026-ci il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək.
Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladları ilə görüşündə deyib.
“DİM onların təhsil sahəsində bütün ehtiyaclarını qarşılamağa və daim dəstək olmağa hazırdır”, - o qeyd edib.
M.Abbaszadə şəhid övladlarının təhsilinin daim diqqət mərkəzində olduğunu bildirib:
"Bu görüş nə ilk, nə də son olacaq. Belə tədbir və görüşləri təşkil etməyə davam edəcəyik. Şəhid övladlarının təhsil sahəsində ehtiyacı olan hər cür yardımı göstərməyə hazırıq. Amma burada sizlərin də üzərinizə məsuliyyət düşür. Sınaq imtahanları təşkil ediləcək, amma iştirak edib-etməmək sizin qərarınızdır. Çalışın daim öyrənin, inkişaf edin".