Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.
Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdə xalça üzərinə çıxıb.
61 kq çəki dərəcəsində Nurəddin Novruzov təsəlliverici görüşdə Peter Hammerlə (Kosta-Rika) qarşılaşıb. 14:4 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibi Jozef Silva (Puerto-Riko) olub. Bu görüşü 17:6 hesabı ilə üstün bitirən Nürəddin 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenlə (Monqolustan) üz-üzə gəlib və 2:8 hesabı ilə uduzub.
79 kq çəki dərəcəsində Orxan Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünü yoxlayıb. Təmsilçimiz 4:5 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.
92 kq çəki dərəcəsində Abubakr Abakarov təsəlliverici görüşdə Devid Teylordan (ABŞ) güclü olmağa çalışıb. Amma güləşçimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.
Sərbəst güləş üzrə Azərbaycan millisi 4 medalla Vətənə dönüb
3 güləşçimiz dünya çempionu oldu
Güləşçimiz bürünc medal qazandı
3 güləşçimiz dünya çempionatının finalında
Dünya çempionatı: 3 təmsilçimiz yarımfinalda