Ermənistan 2026-cı ildə COP17 beynəlxalq biomüxtəliflik konfransına ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan sosial şəbəkələrdə məlumat verib.
Nazir məlumat verib ki, hazırda Kolumbiyada keçirilən COP16 beynəlxalq iqlim konfransının iştirakçısı olan ölkələr 65 səslə tədbirin növbəti ev sahibi kimi Ermənistanı seçiblər.
Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.