AZ

"84 min kadırovçu Ukraynayaya qarşı müharibəyə göndəriləcək" - Kadırov

"Kadırov getdikcə Ukrayna cəbhəsinə daha çox adam göndərməklə Putin və ətrafının şizofrenik ideyalarına xidmət etdiyini göstərməyə çalışır..."
 
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya qarşı müharibəyə 84 min ölkə sakinini göndərmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Milli Müqavimət Mərkəzi məlumat verib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
Kadırov iddia edir ki, Çeçenistan, guya, Kremlin səfərbərlikdən yan keçmək vəzifəsini icra edib.
 
Yəni bu qədər terrorçunu "könüllü olaraq" müharibəyə cəlb edib, ona görə də insanlar ona minnətdar olmalıdır, məlumatda deyilir.
 
Qeyd edilir ki, Moskva Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin uzanması və "top yemi" qıtlığının öhdəsindən gələ bilmir.
 
"Ona görə də oyuncaq rejim
istənilən imkandan istifadə edərək çeçenlər və Rusiyanın digər milli azlıqların nümayəndələrini cəbhəyə göndərmək üçün getdikcə daha fəal cəhdlər göstərəcək. Bununla da Putin və ətrafının şizofrenik ideyalarına xidmət etdiyini nümayiş etdirəcək", - Milli Müqavimət Mərkəzinin məlumatında deyilir.
 
Bu arada isə politoloq Vadim Denisenko "Radio NV"-nin efirində bunun həqiqət olub-olmadığı barədə danışıb. O, bunları deyib:
 
"Birincisi, bu rəqəm mənim üçün mifə bənzəyir.  Kadırov öz adamlarını həmişə qorumağa çalışır. 2022-ci ildə çeçenlər arasında həqiqətən ölüm halları çox olub, amma sonra kəskin şəkildə azalmağa başlayıb. Bunu mən bu məsələlərlə məşğul olan Rusiyanın "Mediazona" nəşrinə istinadən deyirəm.
 
İkincisi, 84 min nəfər nə deməkdir? Bu, Rusiyanın müqavilə üzrə cəlb etdiyi adamların üç aylıq normasıdır. Plan üzrə onlar hər ay 30 min nəfər toplamalıdır, amma təxminən 25-26 min nəfər toplanır. Yəni Kadırov faktiki olaraq üç aylıq könüllülərin normasını toplayıb. Bu da mənə görə mifdir.
 
Üçüncüsü, söhbət ümumiyyətlə çeçenlərdən gedə bilməz, 2024-cü il üçün Çeçenistan əhalisinin sayı 1 milyon 550 min nəfər təşkil edir. Onların yarısından bir qədər çoxu qadınlardır, yəni 750 mini kişilərdir.
 
Onlardan 200 mini uşaqlardır. Qalan 500 min yaşlı kişilərin arasında 16 yaşdan yuxarı olanlar da çoxdur. Belə çıxır ki, 400 mindən 85 mini Çeçenistandan müharibəyə göndərilir, bu da heç bir halda mümkün deyil.
 
Nəhayət, əgər Kadırov müəyyən sayda adam toplayıbsa belə, o, "pripiskaya" yol verib, elə rəqəm səsləndirib ki, bu, Rusiya gerçəkliyi üçün mifologiyadır, piar xatirinə elan edilən rəqəmdir", - politoloq vurğulayıb.
Seçilən
52
23
moderator.az

10Mənbələr