AZ

“Mən etsəydim, sona çatdırardım” - Kadırov özbək məmura sui-qəsddən danışıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Özbəkistanın prezident administrasiyasının keçmiş əməkdaşı Komil Allamjonova qarşı sui-qəsd işində “çeçen izi”ndən danışıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Çeçenistan rəhbəri bu barədə yazıb: “Bir neçə həftə əvvəl Özbəkistanda içərisində prezident administrasiyasının keçmiş məmurunun olduğu avtomobil atəşə tutulub. Heç kim xəsarət almayıb. Şübhəlilərdən biri artıq saxlanılıb, istintaq bütün əli olanları və sui-qəsdin motivlərini müəyyən etməlidir. Amma nəticəni gözləmədən ölkədəki qərbyönlü və bəzi müxalifət mediası ortaya “çeçen izi” ilə bağlı versiya atıb, sonra bu izi gətirib mənə calayıblar. Mən bu təxribatçı şeylərə cavab vermək fikrində deyiləm”.

Ramzan Kadırov Mirziyoyevin müdrik siyasətini və informasiya və hüquq-mühafizə sahəsində mükəmməl fəaliyyətini qeyd edib.

“Yalnız onu əlavə edəcəyəm ki, əgər həqiqətən nəyisə planlaşdırsaydım, onu sona qədər və 100% nəticə ilə görərdim”, - Ramzan Kadırov bildirib.

O, həmçinin əlavə edib ki, çeçenlər və özbəklər ortaq tarixi keçmişə malik qardaş xalqlardır. Kadırov özbək xalqını, onun əxlaqını sevən atasının adını çəkdi.

“Mən bu informasiya zibilini müəyyən üçüncü tərəflərin siyasi oyun aləti və ölkələrimiz arasında nifaq salmağa açıq cəhd kimi qiymətləndirirəm. Əminəm ki, Qərb saxtakarlığı üslubunda başqa nəşrlər də gələcək. Nə olursa, olsun, mən və Özbəkistandakı əziz qardaşlarım bu təxribatçı informasiya zibilinin arxasında kimin dayandığını mütləq tapacağıq. Artıq iş gedir”, - deyə o əlavə edib.

Musavat.com

Seçilən
34
23
musavat.com

10Mənbələr