Moldovada prezident seçkilərinin ikinci turu başa çatıb.
Publika.az xəbər verir ki, nu barədə Respublika Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Moldovada bütün seçki məntəqələri bağlanıb. Səslərin hesablanmasına başlanılıb.
Bundan əvvəl Moldovada prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 20:00-a olan məlumata görə, xaricdə yaşayan 300 mindən çox vətəndaş səs verib ki, bu da tarixi rekorddur.
Son məlumatlara görə, ikinci tur seçkilərdə fəallıq 53%-i keçib və artıq 1,6 milyondan çox vətəndaş səs verib. Müqayisə üçün qeyd edək ki, oktyabrın 20-də keçirilən birinci turda seçici fəallığı 51,67% olub, daha sonra Moldova diasporunun 240 548 nümayəndəsi səs verib.