Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, respublikada seçki məntəqələri yerli saatla 21:00-da bağlanır.
Həmin saata olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün keçilməli olan 20%-lik həddi keçib.
Qeyd edək ki, respublika MSK adətən səsvermə başa çatdıqdan sonra bir neçə saat ərzində ilkin nəticələri elan edir.
***
MSK-nın məlumatına görə, Moldovada keçirilən prezident seçkilərində rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo 52,02%, hazırkı dövlət başçısı Maya Sandu 47,98% səslə liderdir, protokolların 76%-i işlənib.