İran İsrailə qarşı hücuma hazırlaşır. Bu barədə “The Times of Israel” və “The Vall Street Journal” nəşrləri məlumat yayıb.
Misir rəsmisi VSJ-yə bildirib ki, Tehran İsrailin oktyabrın 26-da endirdiyi zərbələrə cavabının "sərt və hərtərəfli" olacağı barədə Qahirəyə xəbərdarlıq edib.
"Hərbçilərimiz itki verib, ona görə də İsrailə güclü cavab zərbələri endiriləcək", - deyə İran rəsmisi bildirib.
İran rəsmisinin sözlərinə görə, ölkəsi öz hücumu ilə ABŞ seçkilərinə təsir etmək istəmir, ona görə də cavab çərşənbə axşamı, noyabrın 5-də keçirilən səsvermədən sonra, lakin yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl gələcək.
Oxuməni.az