İran İsrailə qarşı cavab hücumunda əvvəlki hücumlarla müqayisədə daha güclü döyüş başlıqlarından istifadə edə bilər.
“The Wall Street Journal” yazır ki , “İran daha da güclü döyüş başlıqları və digər silahlardan istifadə etməklə hərtərəfli cavab tədbirləri planlaşdırır”.
Adının açıqlanmayan iranlı və ərəb rəsmilərinin dediyinə görə, İran hakimiyyəti əvvəlki hücumlarda olduğu kimi raket və pilotsuz uçuş aparatlarına cavab tədbirlərini məhdudlaşdırmağı planlaşdırmır.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İranın İsrailin zərbələrinə cavabının “düşmənin anlayışı xaricində” olacağını bildirmişdi.
Eyni zamanda ABŞ İrana xəbərdarlıq edib ki, o, İsraili qisas almaqdan saxlaya bilməyəcək.
DOĞRU.AZ