AZ

Türkiyə prezidenti olmaq üçün ən doğru şəxs… – Baxçalı açıqladı

"Terror həyatımızdan çıxsa, inflyasiya canavarına zərbə vurulsa, Türkiyə siyasi və iqtisadi sabitliyin zirvəsinə çıxsa, Ərdoğanın yenidən prezident seçilməsi təbii və doğru olmayacaqmı?"

Milli.Az Globalinfo.az-a istinadən bildirir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

"Nə edək, CHP-nin içində namizəd axtaraq? Dövlətdə davamlılıq, siyasətdə sabitlik, Türkiyə yüzilinin inşası üçün Ərdoğan qarantdır, millətin sevdalısıdır. O bizə görə tək seçimdir", - Baxçalı bildirib.

Qeyd edək ki, Ərdoğan ikinci prezidentlik dönəmini icra edir. O hələlik xələfi və ya yenidən namizəd olacağına dair açıqlama verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
5
2
milli.az

10Mənbələr