Türkiyədə “əsrin fəlakəti” adını alan güclü zəlzələnin izləri hələ də özünü göstərməyə davam edir. Belə ki, bu yaxınlarda Hatay vilayətinin Defne rayonunda iki yerə bölünən 18 hektarlıq tarla müəyyən olunub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, yerli sakin Süleyman Öztürkə məxsus ərazidə yaranan çat zəlzələdən xeyli müddət sonra əhali tərəfindən aşkarlanıb.
Bildirilir ki, yarığın eni 3 metr, dərinliyi isə 4 metrə çatır.
Qonşularının xəbərdarlığından sonra tarlasındakı nəhəng yarığı görən Süleyman Öztürk şoka düşdüyünü bildirib.
“Yarılan yerdə elə bil ki, sağında və solunda divarlar var. Hətta bir nar ağacı belə bu yarığa düşərək havada asılı qalıb. Bunu görən hər kəsin tükləri biz-biz olur”, – deyə o hisslərini bölüşüb.