AZ

ABŞ-ın 47-ci prezidenti kim olacaq?..Nəticələr açıqlanır - Tramp Harrisi üstələyir...

Image

ABŞ 47-ci prezidentini seçir. Respublikaçıların namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris arasında davam edən seçkilərin nəticələri bəlli olmağa başlayıb. 

İlkin nəticələr Trampın rəqibi Kamala Harrisi üstələdiyini göstərir. Son məlumatlara görə, Tramp 230, Harris 209 nümayəndə qazanıb

40 ştatda seçki qutuları açılıb və səslərin hesablanması davam edir. "Associated Press" yazır ki, qeyri-rəsmi nəticələrə görə, Tramp Texasdakı yarışı qabaqlayıb. Tramp Texasda 40 nümayəndə qazanıb. Tramp, qeyri-rəsmi ilk nəticələrə görə, Alabama, Arkanzas, Florida, İndiana, Kentukki, Luiziana, Missisipi, Şimali Dakota, Nebraska, Ohayo, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota, Tennessi, Texas, Qərbi Virciniya və Vayominqdə qalib gəlib və 177 nümayəndə azanıb.

Demokrat Partiyasının namizədi Kamala Harris isə Konnektikut, Delaver, İllinoys, Massaçusets, Merilend, Nyu-Cersi, Nyu-York, Rod-Aylend və Vermont ştatlarında 99 nümayəndə ilə qalib gəlib.

“New York Times”ın məlumatına görə, hazırda 296 nümayəndə ilə Donald Trampın qələbə ehtimalı 83 faiz, Kamala Harrisin isə 242 nümayəndə ilə 17 faizdir. ABŞ prezidenti seçkilərində namizədlər qalib gəlmək üçün ən azı 270 nümayəndə qazanmalıdır.

TAHİR





phrase_var_article.chosen
107
4
baki-xeber.com

10phrase_var_article.sources