AZ

TRAMP ABŞ-Iın YENİ PREZİDENTİ SEÇİLDİ - Sabiq prezident tələb olunan səs həddini qazandı (YENİLƏNİB)

Sabiq prezident, "Respublikaçı" namizəd Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 538 nümayəndədən 270-nin səsi tələb olunsa da, o, 277-nin səsini qazanaraq növbəti 4 il üçün ölkəni idarə etmək hüququnu əldə edib.

ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 50 ştatdan 27-də rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi qabaqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilib ki, İndiana, Kentukki, Qərbi Virciniya, Florida, Tennessi, Cənubi Karolina, Oklahoma, Missisipi, Alabama, Arkanzas, Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Luiziana, Ohayo, Texas Nəticələr Missuri, Vermont, Konnektikut, Massaçusets, Merilend, Rod-Aylend, Nyu-Cersi, Delaver, İllinoys və Nyu-York ştatlarında nəticələr açıqlanıb: "Tramp İndiana, Kentukki, Qərbi Virciniya, Florida, Tennessi, Cənubi Karolina, Oklahoma, Missisipi, Alabama, Arkanzas, Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Luiziana, Ohayo, Texas və Missuri ştatlarında 230 nümayəndənin səsini alaraq qalib olub. Demokratlar Partiyasının prezidentliyə namizədi Harris Vermont, Konnektikut, Massaçusets, Merilend, Rod-Aylend, Nyu-Cersi, Delaver, İllinoys və Nyu-York ştatlarında 205 nümayəndənin səsini qazanıb...".

Yazıda xatırlanıb ki, “Seçkilər Kollegiyası” adlanan bu sistemdə hər bir ştata müxtəlif sayda cəmi 538 nümayəndə var: "Onlar seçkinin taleyini həll edirlər. Bu sayın yarısından çoxuna, yəni 270 nümayəndənin səsini alan namizəd prezident olmaq hüququ qazanır".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
5
4
mia.az

10Mənbələr