AZ

Qaz lazım olanda Ursula Bakıya gəlmişdi, ancaq COP-a gəlmir...

Image

Tahirə Allahyarova: "Qərb hardasa total boykot və çaşqınlıq durumundadir"

BMT-dəki mənbələr Euronews telekanalına Fransa və Rusiya prezidentlərinin ardınca Avropa Komissiyasının mətbuat katibi, AK prezidenti Ursula fon der Lyayenin də Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcəyini təsdiqləyib.

Euronews daha əvvəl BMT-yə yaxın mənbələrə istinadən Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun da tədbirdə iştirak etməyəcəyini bildirmişdi.

"Prezident bu il GOP-da iştirak etməyəcək" deyən Komissiya sözçüsü əlavə etdi ki, AK keçid mərhələsində olduğundan, "Prezident öz institusional məsuliyyətlərinə diqqət yetirəcək".

Euronews mənbələrinin məlumatına görə, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak edəcəyini təsdiqləyib. Avropadan Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniya liderləri iştirak edəcəklərini açıqlayıblar.

Necə olur ki, Avropanın qaza ehtiyacı olanda Ursula fon der Lyayen qaz təhcizati ilə bağlı sazişi imzalamaq üçun Bakıya gəlir, amma COP29 kimi vacib beynəlxalq tədbirə gəlməyə vaxtı olmur? Sizə elə gəlmir ki, bu siyasi qərardir?

Sualımıza cavabinda STM-in İdarə Heyətinin üzvü, sədr müavini, professor Tahirə Allahyarova bildirdi ki, əvvəlcə ondan başqlayaq ki, COP29 BMT-nin tədbiridir, Azərbaycan sadəcə olaraq bu tədbirə ev sahibliyi edir: "Hər il olduğu kimi, muvafiq olaraq BMT-nin aidiyyəti qurumu COP29-a gələcək ölkə liderləri və dövlət başçıları ilə bağlı açıqlama yayır. Ermənilərə yaxın olan və ermənipərəst media isə dərhal bu xəbərdən istifadə etməyə, onu dezinformasiya kampaniyasına çevirməyə calışdılar. BMT-nin xəbərinə görə, COP29-a gələ bilməyəcək dövlət başçıları Emmanuel Makron, Vladimir Putin, Kanada prezidenti Castin Trüdo, Co Bayden, Brazilya prezidenti Lula de Silva və Avstraliya prezidentidir. Bunlar gözlənilən idi və bunlardan obyektiv səbəblərdən gəlməyən liderlər də var. Bildiyiniz kimi, Brazilya prezidenti yıxılaraq ayağını sındırıb, bu səbəbdən o, BRİCS sammitinə də gələ bilmədi.

Digər ölkələrə nəzər salsaq, görürük ki, Kanada və Fransa tam ermənipərəst ölkələrdir. Avstraliya da eynən Fransanın mövqeyindən çıxış edən dövlətdir. Bu ölkələr son bir ildə Azərbaycanı təhdid edən, Ermənistanla bağlı öz şərtlərini diqtə etməyə çalışan dövlətlərdir və onların COP29-da iştirakı gözlənilən deyildi.

Xatirladaq ki, bir qədər əvvəl amerikali din xadimi Cim Harli bütün Amerika və dünya xristianlarına müraciətində hər kəsi Azərbaycanda keçirilən COP29-u boykot etməyə çağırdı. Təsəvvur edin ki, bir ölkənin dini lideri dini-fundamentalizm məzmunlu bir bəyanat yaydı. Daha sonra - Putinin Azərbaycana səfəri və ondan sonrakı dövrdə Ukraynada bəzi dairələr Qərb ölkələrinə müraciət etdi ki, əgər Putin Bakıda keçirilən COP29-da iştirak edərsə, Avropa liderləri bu tədbirdə iştirakdən imtina etsinlər. Yəni göründüyü kimi, boykot bəhanəsi axtaranlar ən müxtəlif və çeşidli üsullara əl atdılar.

Ümumiyyələ, hazırda Qərb ölkələri total olaraq bir-birini boykot etməklə məşğuldur. Məsələn, Yaxın Şərqdə baş verənlərlə bağli Fransanın İsraili boykot etməsi, BMT-nin Fransa ilə bağlı qərarı, İsrailin və Ukraynanın BMT baş katibi Antonio Quterreşin öz ölkələrinə gəlməsini qadağan etməsi, Avropa Birliyinin müstəqil siyasət yürüdən Macarıstan prezidenti Viktor Orbanı boykot etməsi və s.-ni müşahidə etməkdəyik. Qərb hardasa total boykot və çaşqınlıq durumundadir. Ölkələr bir-birini, beynəlxalq qurumları və tədbirləri boykot edir. Burada adam demək istəyir ki, siz birinci öz aranızdakı münasibətlərə aydınlıq gətirin, görək bu total boykot durumu nə ilə bağlıdır?!

Azərbaycana gəlməyən - Ermənistanın havadarı olan düşmən ölkələr nədən boykot qərari seçiblər?

Birincisi, Azərbaycanda keçriləcək BMT-nin COP29 sammiti qəbul edəcəyi qərarlara görə tarixi əhəmiyyət daşıyır. Bu, indiyə qədər keçrilən konfranslardan  fərqli olaraq, maliyyə COP-udur. Bəşəriyyətin gələcəyi burada qəbul edilən qərarlardan asılıdur. Bunun üçün dövlətlər əlini daşın altına qoyub, maliyyə verməlidir. Bu tədbirdə iştirak etməkdən imtina edən liderlər məsuliyyətsizliyini, qlobal iqlim dəyişikliklərinə ikiüzlü yanasması olduğunu bir daha sübut edir. Milyardlarla dollar borcu olan Fransa və iqtisadi böhran içində çabalayan Qərb dövlətləri COP29 maliyyə sammitini boykot etməyi özlərinin maliyyə ödəməkdən bir xilas yolu kimi seçiblər. Amma bu sammitdə qəbul edilən qərarlar bütün BMT üzvü olan dövlətlər üçun qüvvədə olacaq.

İkincisi, Ermənistana havadarlıq edən dövlətlər - Fransa, Kanada və Avstraliya son bir ildə Azərbaycana aqressiv və total təzyiq göstərməyə çalışdılar ki, "erməni əsirlərinin" təhvil verilməsinə nail olsunlar. Əslində onlar hərbi əsir deyil, 30 il regionda separatçı rejimin başında dayanan, regionda terroru maliyyələşdirən hərbi-siyadi cinayətkarlardir. Azərbaycanin bu təzyiqlərə əhəmiyyət vermədən müstəqil siyasət yürütdüyünü görən bu dövlət başçıları bundan başqa təsir vasitəsi qalmadığı üçün COP29-da iştirakdan imtina etdilər.

Eyni zamanda, mediada belə bir xəbər yayıldı ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də COP29-da iştirak etmiyəcək. Əlbəttə, bu da bizim üçun gözlənilən idi. Bütün Avropa qurumlarının Azərbaycana münasibəti göz qabağındadir. Azərbaycana qarşi qərəzli qətnamələr qəbul edən, qərəzli və qarayaxma kampaniyasını aparan Avropa Komissiyası rəhbərinin COP29 sammitinə gəlməməsi də məlum məsələdir. Amma anlamaq lazımdir ki, bu, BMT-nin qlobal iqlim dəyişikliyi konfransıdır, bunu boykot etmək, əslində özünüboykot anlamına gəlir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rola malik bir ölkədir. Azərbaycanla Avropa Birliyi arasında qaz sazişi bağlanandan sonra dünya erməniləri Ursula fon der Lyayeni hədəfə aldı. Mediada onunla bağlı şiddətli kampaniyalar təşkil edildi. Natalilo adlı sosial şəbəkə istifadəçisinin öz profillərində Ursula fon der Lyayenə qarşı səsləndirmədiyi təhqir növləri qalmadı, onu istənilən günahlarda ittiham etdi. Şübhəsiz ki, Ursula fon der Lyayen ermənipərəst deputatların və siyasi partiyaların təzyiqi altında BMT-nin qlobal tədbirinə gəlməkdən imtina edib".

Xatırladaq ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qaz sazişi imzalamaq üćün Azərbaycana səfəri zamani demişdi: “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycana yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”.

Maraqlıdır, Azərbaycan son iki il ərzində etibarlı tərəfdaş olduğunu sübut etdi və Avropaya "mavi yanacaq" verilməsini ildən-ilə artirir. Bəs bunun qarşılığında Avropa Azərbaycana qarşı nələri edir, bünün bunlar yuxarıda qeyd edilib. O ki qaldı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, o, bu ikiüzlülüýü ilə bütün Avropanın və onun siyasətçilərinin bariz nümunəsidir. Çünki Avropaya qaz lazım olanda, korporativ maraqlar tələb edəndə Ursula fon der Lyayen dərhal Bakıya gəlir, amma bəşəriyyət naminə tədbir keçriləndə ondan imtina edir".

Dəniz NƏSİRLİ





Seçilən
56
50
baki-xeber.com

10Mənbələr