AZ

Rusiya büdcəsində yüz milyardlarla kəsir var

Rusiya Maliyyə Nazirliyi ilin 10 ayında federal büdcənin 220 milyard rubl, təxminən 2,2 milyard dollar kəsiri olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada bu ilin 10 ayında büdcə gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 29,7 trilyon rubla çatdığı bildirilib.

Açıqlamada qeyd olunan dövrdə büdcə xərclərinin 23,7 faiz artaraq 29,9 trilyon rubla çatdığı, büdcə kəsirinin isə 220 milyard səviyyəsində olduğu qeyd edilib.

Qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərinin 20,2 trilyon rubl, neft və təbii qaz büdcəsinin gəlirlərinin isə 9,5 trilyon rubl olduğu bildirilib və bu il büdcədə ÜDM ilə müqayisədə 1,7 faiz kəsir gözlənilir.

Rusiyada müharibə səbəbiylə büdcə xərclərinin artması ilə bağlı 2025-2027-ci illər büdcəsində xüsusilə enerji şirkətləri üçün vergilərin artırılması nəzərdə tutulur. Rusiya hökuməti bu artımla büdcə gəlirlərini 12 faiz artırmağı hədəfləyir.

Seçilən
18
1
cebheinfo.az

3Mənbələr