Rusiya Maliyyə Nazirliyi ilin ilk 10 ayında federal büdcənin 220 milyard rubl, təxminən 2,2 milyard dollar kəsiri olduğunu açıqlayıb.
İndex.az xəbər verir ki, açıqlamada qeyd olunan dövrdə büdcə xərclərinin 23,7% artaraq 306,4 milyard dollara çatdığı, büdcə kəsirinin isə 2,2 milyard rubl səviyyəsində olduğu qeyd edilib.
Açıqlamada qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərinin 207 milyard dollar, neft və təbii qaz büdcəsinin gəlirlərinin isə 97,3 milyard dollar olduğu bildirilib.