AZ

Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?

Təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

“Mediadan daxil olan müraciətlərdə “Laser Beauty Clinic” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfətin həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.

Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hər hansı negativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan başqa hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.

phrase_var_article.chosen
107
26
nocomment.az

10phrase_var_article.sources