AZ

Bakıda estetik əməliyyat daha bir can aldı - 40 yaşlı iki uşaq anasının ölümü ilə bağlı maraqlı məlumatlar yayıldı

Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlir.

Mia.az Milli.Az-a istinadən xəbər verir ki, o, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edir.

Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.

"Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxardıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qaynatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil. 

Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qaynanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi".

Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.

Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq məhkəmə və aidiyyəti orqanların səlahiyyətinə keçir.

Pasiyentlər sosial şəbəkələrdən, reklamlardan təsirlənərək hərəkət etməməli, gedəcəkləri yerin həmin xəstəxanada mütəxəssislərin həqiqətən həkimin ixtisaslaşıb, ya hansı təcrübəyə sahib olduğunu bilməlidirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahların çalışdığı müəssisələrdə tibb xidmətlərinin göstərilməsinə nəzarət nazirliyin müvafiq qurumları üzrə planlı və daxil olan şikayətlər üzrə plandan kənar yoxlamalar aparılır. Nəzarət tədbirləri zamanı xüsusi nöqsanlar aşkarlandıqda cərimələr, ölüm faktı olduqda isə məsələ tibbi ekspertizası və hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu qeydə alınıb. Bu haqda inzibati tədbirlər görülüb.

Qeyd edək ki, həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.

Seçilən
88
50
mia.az

10Mənbələr