AZ

"Qarabağ" "Bodo Qlimt"ə qalib gəlir - Yenilənir

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxır.

QOL.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb. Oyunu Portuqaliyadan olan hakimlər idarə edir. 

Hazırda Avroliqanın turnir cədvəlində "Qarabağ" 0 xalla sonuncu - 36-cıdır. "Bodo Qlimt" isə 7 xalla 9-cu pillədə qərarlaşır.

Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub. 

"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1). 

"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gəlirlər. 

Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur

21:45. "Bodo Qlimt" (Norveç)  -  "Qarabağ" (Azərbaycan) - 1:2 (İkinci hissə)

Qollar: Toral Bayramov, 22 (0:1), Patrik Berq, 41 (1:1), Abdullah Zubir, 69 (1:2)

Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)

"Aspmira" stadionu

Seçilən
3
22
qaziler.az

10Mənbələr