AZ

Tramp seçki rekordu qırdı: Reyqan və Buşu geridə qoydu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp latın amerikalı seçicilərin 46 faizinin dəstəyini qazanaraq yeni rekorda imza atıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp sabiq ABŞ prezidentləri Ronald Reyqan və Corc Buşu geridə qoyub, respublikaçı prezidentliyə namizədlər arasında latın amerikalıların səslərinin ən böyük payını qazanıb.

“Axios” nəşri yazır ki, Harrisin bu uğursuzluğu nəticəsində Demokratlar son 20 ildə Latın amerikalılar arasında ən pis göstəriciyə sahib olub.

“Edison Research”in sorğusuna əsasən, Trampı latın amerikalı kişilərin 55, qadınların isə 38 faizi dəstəkləyib.

Trampın bu uğuru 2004-cü ildə Corc Buşun aldığı 44 faizlik səsi üstələyib. Prezident Ronald Reyqan isə 1980-ci ildə latın amerikalıların 37 faiz səsini qazana bilib.

“Hyuston” Universitetinin politologiya üzrə professoru Geronimo Kortina “Axios”a bildirib ki, Tramp bütün mitinqlərində və reklam çarxlarında Latın amerikalıların sosial-iqtisadi vəziyyəti haqqında danışsa da, demokratlar bununla bağlı aydın iqtisadi mesajlar verə bilməyiblər.

Tramp həmçinin əvvəllər demokratların üstünlük təşkil etdiyi ərazilərdə latın amerikalıların səslərini öz xeyirinə dəyişməyi bacarıb.

Seçilən
2
8
axar.az

10Mənbələr