AZ

Polad Həşimov sağ olsaydı... - Generalın xanımı Zəfər təəssüratlarını DANIŞDI

"Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşğulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı. Dedim, xeyir xəbər oldun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim. Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi. Onun önünə keçdim, baxdım, baxdım...".

Bunu Modern.az saytına açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
 

Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur:
 

"Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir. Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortayaya qoyduq. Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin  həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik. Zəfəri birlik, Allahın Azərbaycan xalqına göstərdiyi köməklik, şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin, əsgərlərimizin cəsarəti və xalqın fədakarlığı ilə əldə etdik. Zəfər bizə şəhidlərimizin əmanətidir, onu qorumaq biz azərbaycanlıların vəzifəsidir. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, vətəni içimizdə yaşatmalı, fəxr etməli, yeri gəldiyində həqiqətləri çatdırmalıyıq. Qoy birliyimiz, qələbəmiz daim olsun".
 

Şəhid generalın xanımı söyləyib ki, Polad Həşimov sağ olsaydı, qələbəni elə xalqın içində qeyd edərdi:


"Polad Həşimov bütün ömrünü işğal altında olan ərazilərimizin geri qaytarılması yolunda səfərbər etmişdi. Onun keçdiyi mübarizə dolu yolun ən birinci şahidiyəm. Bəli, qələbəni görmədi, amma əmin idi. Polad Həşimovun illərlə yetişdirdiyi zabit və əsgərlər hərb meydanında öz gücünü ortaya qoydular. Bilirəm, ruhu şaddır cənab Generalın. Əgər bu gün sağ olsaydı, qələbəni elə uğrunda canından keçməyə hazır olduğu xalq ilə birlikdə qeyd edərdi".

Ofelya xanım sonda 8 noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib:

"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm, qoy, birliyimiz, qələbəmiz daimi və əbədi olsun".

phrase_var_article.chosen
152
5
modern.az

10phrase_var_article.sources