Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Leypsiq” – “Borussiya” (Mönhenqladbax) matçında qapılara qol vurulmayıb. Son çempion “Bayer”in “Boxum”la səfər oyununda da heç-heçə qeydə alınıb. Dortmund “Borussiya”sı isə səfərdə “Maynts”a uduzub. Əvəzində lider “Bayern” səfərdə “Sankt Pauli” üzərində qələbə qazanmaqla zirvədəki mövqeyini daha da gücləndirib. Üç qolun qeydə alındığı “Verder” – “Holştayn” matçında isə meydan sahibləri qələbəyə seviniblər.
10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
10-cu tur
8 noyabr
Union Berlin – Frayburq 0:0
9 noyabr
Boxum – Bayer 1:1
Qollar: Miyoşi, 89 – Şik, 18.
Maynts – Borussiya (Dortmund) 3:1
Qollar: Li Sunq, 36. Burkardt, 45+3. Nebel, 54 – Girassi, 40.
Sankt Pauli – Bayern 0:1
Qol: Musiala, 22.
Verder – Holştayn 2:1
Qollar: Stage, 36. Burke, 89 – Harres, 48.
Leypsiq – Borussiya (Mönhenqladbax) 0:0
10 noyabr
18:30. Auqsburq – Hoffenhaym
20:30. Ştutqart – Ayntraxt
22:30. Haydenhaym – Volfsburq