Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Maynts” doğma medyanda “Hoffenhaym”ı iki cavabsız qolla üstələyib. “Haydenhaym”ın qonağı olan “Ayntraxt” isə səfərdə darmadağına sevinib.
Beləliklə, 12 turdan sonra 30 xala malik “Bayern” vahid liderdir. “Ayntraxt” 26 xalla ikinci, “Bayer” 23 xalla üçüncü, “Leypsiq” 21 xalla dördüncüdür.
Dortmund “Borussiya”sı və “Frayburq” 20, “Maynts” 19, “Volfsburq” 18, “Ştutqart” və “Borussiya” (Mönhenqladbax) 17, “Union Berlin” və “Verder” 16, “Auqsburq” 15, “Hoffenhaym” 12, “Sankt Pauli” 11, “Haydenhaym” 10, “Holştayn” 5, sonuncu olan “Boxum” isə cəmi 2 xal toplayıb.
Almaniya, Bundesliqa
12-ci tur
29 noyabr
Sankt Pauli – Holştayn 3:1
Qollar: Saliakas, 25. Gilavoqi, 56. Eggeştayn, 85 – Harres, 90+1.
30 noyabr
Auqsburq – Boxum 1:0
Qol: Tiets, 38-pen.
Frayburq – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Holer, 41; 63. Doan, 49 – Kleyndienst, 61.
Leypsiq – Volfsburq 1:5
Qollar: Orban, 82 – Amura, 4; 16. Tomas, 5. Mehle, 64. Behrens, 90+1.
Union Berlin – Bayer 1:2
Qollar: Yonq, 29 – Frimponq, 2. Şik, 71.
Verder – Ştutqart 2:2
Qollar: Njinma, 6. Stage, 77 – Demiroviç, 20; 85.
Borussiya (Dortmund) – Bayern 1:1
Qollar: Gittens, 27 – Musiala, 85.
1 dekabr
Maynts – Hoffenhaym 2:0
Qollar: Burkardt, 4; 24.
Haydenhaym – Ayntraxt 0:4
Qollar: Marmuş, 22; 58. Şaibi, 49. Ekitike, 90+4.