AZ

Şəhid hərbçilərimizin xatirəsi yad edildi - FOTOLAR

Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçiləri Ələkbərov Fərid Tahir oğlunu və Mikayılzadə Rəşad İlham oğlu şəhadətinin ildönümündə yad edib. 

"Unikal" xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, RİH aparatının əməkdaşları, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Ələkbərov Fərid Tahir oğlu 1980-ci il iyulun 18-də Bakıda anadan olub. O, orta təhsilini 190 saylı məktəbdə alıb, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub. Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il noyabrın 9-da Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Bir oğlu var. Fərid Ələkbərov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı,  "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunda anadan olmuşdur. O, orta təhsilini 240 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra  Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra Qazax rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Mikayılzadə Rəşad İlham oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı  və  "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Seçilən
144
46
unikal.az

10Mənbələr