Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Betis” – “Selta” matçında qalib müəyyənləşməyib. “Valyadolid” – “Atletik” görüşü də bərabərliklə yekunlaşıb.
“Malyorka”nın qonağı olan “Atletiko” tək qolla qalib gəlib. “Xetafe” – “Jirona” matçında da qonaqlar tək qolla 3 xala sahib çıxıblar. “Real Sosyedad”ın qonağı olan lider “Barselona” isə cari mövsümdə ikinci məğlubiyyətinə üzülüb.
Xatırladaq ki, 13-cü turun “Espanyol” – “Valensiya” oyunu İspaniyadakı daşqınlar səbəbindən təxirə salınıb.
13 turdan sonra 33 xal toplamış “Barselona” hazırda vahid liderdir. “Real” 27 xalla 2-ci, “Atletiko” 26 xalla 3-cü pillədə qərarlaşıb. “Vilyarreal”ın 24, “Osasuna”nın 21, “Atletik” və “Betis”in 20 xalı var.
İspaniya, La Liqa
13-cü tur
8 noyabr
Rayo Valyekano – Las Palmas 1:3
Qollar: Makkenna, 90+2 – F.Silva, 6. A.Hernandes, 62-öz qapısına. Fuster, 66.
9 noyabr
Real – Osasuna 4:0
Qollar: Vinisius, 34; 61; 69. Bellingem, 42.
Vilyarreal – Alaves 3:0
Qollar: Akomaç, 38. Parexo, 81-pen. Komesana, 90.
Leqanes – Sevilya 1:0
Qol: De la Fuente, 82-pen.
10 noyabr
Betis – Selta 2:2
Qollar: Vitor Roke, 40. Bartra, 90+5 – X.Rodriqes, 13. Duvikas, 82.
Malyorka – Atletiko 0:1
Qol: X.Alvares, 61.
Xetafe – Jirona 0:1
Qol: Y.Herrera, 42.
Valyadolid – Atletik Bilbao 1:1
Qol: Moro, 79 – Quruseta, 90+4.
Real Sosyedad – Barselona 1:0
Qol: Bekker, 33.